Təhlükəsiz, rahat və estetik tibbi məhsullar
Retainer – burun estetikası sonrası burun dəliklərinin simmetrik və düzgün formada sağalmasını təmin edən silikon şəklilləndirici aparatlardır. Yumşaq, hipoallergen materialdan hazırlanıb, rahat taxılır və nəfəs almağa mane olmur. Burun ucunun düşməsinin, deformasiya və asimmetriyanın qarşısını almaq üçün həkim tövsiyəsi ilə istifadə olunur.
Sifariş et
3M Micropore burun bandı - incə, nəfəs alan, hipoallergen tibbi yapışqan bantdır. Burun üçün istifadəsi burun estetik əməliyyatlarından sonra dəstəkləyici bantlama məqsədilədir. Micropore band həssas dəri üçün uyğundur, asanlıqla çıxır və izi qalmır. İstifadə edərkən: - Dərinizin təmiz və quru olmasına diqqət edin. - Hər gecə təzə bant istifadə edin. - Ağız və ya burun üstü tam bağlanmamalıdır - nəfəs alma təhlükəsiz qalmalıdır.
Sifariş etRetainer.az burun estetikası sonrası istifadə olunan nostril retainer (burun dəliyi şəkilləndirici) məhsullarının satışına fokuslanmış bir platformadır. Məqsədimiz, əməliyyatdan sonra formanın qorunmasına, simmetriyanın təmin olunmasına və sağalma prosesinin düzgün getməsinə dəstək olmaqdır. Retainer-lərimiz hipoallergen, təhlükəsiz və həkim tövsiyəsinə uyğun istifadəyə yararlıdır.
ISO 13485 — tibbi cihazlar üçün keyfiyyət idarəetmə sistemi standartıdır. Qısa şəkildə: - Bu sertifikat göstərir ki, şirkət tibbi cihazların dizaynı, istehsalı, paylanması və servisi zamanı beynəlxalq keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verir. - ISO 13485, ISO 9001 bazasında hazırlanıb, amma xüsusi olaraq tibbi sahə üçün sərtləşdirilmişdir. Sertifikatı olan şirkət: - Məhsullarının etibarlı və təhlükəsiz olduğunu sübut edir, - Tibbi cihazları beynəlxalq bazarda satmaq imkanı qazanır, - Audit və yoxlamalardan keçmiş olur.
Bir çox həkim rinoplastikadan sonra burun dəstəkləyicisindən (nostril retainer) istifadəni tövsiyə edir. Rinoplastikadan sonra istifadə olunan burun dəstəkləyicisi sağalma prosesini yaxşılaşdırmaq və xəstəyə komfort hissi vermək üçün dəstək təmin edir.Xüsusilə əməliyyatdan sonrakı ilkin sağalma dövründə burun dəstəkləyicisindən istifadə burunun uzunmüddətli formasının qorunmasına kömək edir. Burun dəstəkləyicisindən istifadə edənlər burun dəliklərinin simmetriyası və burunun estetik görünüşü ilə bağlı yüksək məmnun olduqlarını bildirirlər. Burun dəstəkləyicisindən istifadə burunun və burun dəliklərinin formasının qorunması üçün faydalıdır. Əməliyyatdan sonra burun dəliklərində yaranan şişkinlik burunda assimetriyaya səbəb ola bilər. Həkiminizin tövsiyə etdiyi kimi burun dəstəkləyicisindən istifadəsi rinoplastika nəticələrinin qorunmasına kömək edir. Rinoplastikadan sonra şişkinlik yarana bilər. Burun dəstəkləyicisi (nostril retainer) hava yolunun həddindən artıq daralmasının və tam bağlanmasının qarşısını alaraq sağlam hava dövranını dəstəkləyir. Kifayət qədər hava dövranı toxumaların sağalması üçün çox vacibdir. Rinoplastikadan sonra şişkinlik nəzarətsiz arta bilər. Burun dəstəkləyicisi burun toxumalarına yumşaq dəstək verir. Bu, deformasiyaya səbəb ola biləcək ödemin qarşısını alır. Limfa axınının yaxşılaşmasına kömək edir. Ödem mayesinin yaratdığı burun çökməsinin qarşısını almağa kömək edir. Sağalma prosesində burun dəstəkləyicisi burunu düzgün vəziyyətdə saxlayır. Əməliyyat zamanı həkiminiz tərəfindən formalaşdırılmış burun formasını və burun dəliklərinin quruluşunu qoruyur.
Əməliyyatdan sonra burun dəlikləri və burun keçidinin sağalması zamanı şişkinlik yaranır. Burun qanadları və iç toxumalar qravitasiya səbəbilə çökə bilər. Burun içərisinə yerləşdirilən yumşaq silikon dəstək bu çöküşün qarşısını alır. Bu, həddindən artıq şişkinliyin toxumaları içəri doğru çəkməsinin qarşısını alır.
Burun əməliyyatından sonra burun dəstəkləyicisindən istifadə müəyyən qədər burun ucunun düşməsinin qarşısını aldığı müşahidə edilib. Rinoplastika zamanı burun ucundan, qığırdaqdan və ya burun içindən toxuma götürülə bilər. Sağalma dövründə burun dəstəkləyicisi bu sahələrə dəstək verir. Dəstəkləyici, toxumanın azaldığı bölgələrdə çökmə ehtimalını azaldır. Əməliyyatdan sonra bədənin toxumaları və qığırdaqları əvvəlki formasına qayıtmağa çalışa bilər. Sağalma müddətində istifadə olunan burun dəstəkləyicisi cərrah tərəfindən planlaşdırılmış daxili və xarici burun formasını qorumaq üçün uyğun təzyiq göstərir. Rinoplastika sonrası yaranan ödem burun ucunu aşağı çəkə bilər və ucun düşməsinə səbəb ola bilər. Burun dəstəkləyicisi bu təzyiqə qarşı içəridən müvazinət yaradır. Burun ucunun düşməsinin qarşısını almağa kömək edir. Açıq hava yolu sayəsində sağalan toxumalar kifayət qədər oksigen alır. Oksigenlə yaxşı təmin olunan toxumalarda sağalma prosesi daha yaxşı olur. Lakin burun dəstəkləyicisindən istifadə burun ucunun düşməsinin və ya çökməsinin tam qarşısını almır; sadəcə riskin azalmasına kömək edir. Burun ucunun düşməsinə təsir edən amillər çoxdur: cərrahın istifadə etdiyi texnika, əməliyyatdan sonrakı qulluq, dərinin quruluşu, genetika və tikişlərin yerləşdirilməsi.
Əməliyyatdan sonrakı ilkin dövrdə eyni vəziyyətdə — xüsusən də yan üstə — uzun müddət yatmaq zərərlidir. Şişkinliyi artırır və sağalmanı ləngidir. Aşağı tərəfdə qravitasiya səbəbilə şişkinlik daha çox ola bilər. Burun dəstəkləyicisi bu müddətdə burun içindəki çökmələri balanslaşdırmağa kömək etsə də, yan üstə yatmaq yenə də olmaz. İlk sağalma dövründə həm burun dəstəkləyicisi ilə, həm də onsuz yalnız arxası üstə yatmaq lazımdır.
İstifadə müddəti və üsulu həkiminizin tövsiyəsinə görə dəyişə bilər. Ümumiyyətlə: İlk 2 həftə — həm gündüz, həm gecə istifadə olunur. Sonrakı müddətdə — gündə bir neçə saat olmaqla 6 aya qədər istifadə edilə bilə
Burun dəstəkləyicisi adətən əməliyyatdan sonra həkim və ya tibb bacısı tərəfindən yerləşdirilir. Bir neçə gün sonra çıxarılıb yenidən taxıla bilər. Necə taxılır: 1. Əllərinizi yaxşı yuyun. 2. Həkiminizin tövsiyə etdiyi isti su və ya gel ilə burun dəliklərini nəmləndirin. 3. Güzgü qarşısında durun. 4. Burun dəstəkləyicisinin iç hissəsini yavaşca burun dəliyinə yerləşdirin. 5. Sağ və sol üçün ayrılmış modellər varsa, uyğun tərəfi seçin. 6. Yüngül basaraq sabitləyin, güc tətbiq etməyin. 7. Güzgüdə simmetriyanı yoxlayın.
Çıxarmazdan əvvəl əllərinizi yuyun. Dəstəkləyicini dırnaqla çəkmədən, yumşaq şəkildə tutub yavaşca çıxarın.
Ölçü həkiminizin dediyi kimi olmalıdır. Taxıb-çıxararkən əllər təmiz olmalıdır. Burun içərisində nə çox sıx, nə çox boş olmalıdır. Burun dəstəkləyicisi taxılı ikən buruna təzyiq etməyin. Burunu silmək, qoparmaq və ya güclü şəkildə üfürmək olmaz. Ağrı, pis qoxu və ya axıntı olarsa həkimə müraciət edin.
Gündə bir dəfə, tercihen səhər və axşam təmizlənməsi tövsiyə olunur. İlıq su ilə təmizləmə: İlıq su və antibakterial sabunla yüngülcə sürtün. Bol su ilə yaxalayın. Təmiz və hava alan bir yerdə qurudun. Nələrdən uzaq durmalı: Qaynar su — silikonun strukturunu zədələyə bilər. Alkoqol, kolonyalar və sərt dezinfektantlar. Xlor, ağardıcı və digər sərt kimyəvi maddələr.
Burun dəstəkləyiciləri şəffaf və ya dəri rəngində olur. Yumşaq silikondan hazırlandığı üçün sosial həyatda narahatlıq yaratmır. Əgər özünüzü narahat hiss etsəniz, bunun müvəqqəti olduğunu unutmayın
Sayt üzərindən “Sifariş et” düyməsinə klikləyərək birbaşa WhatsApp vasitəsilə bizə yaza bilərsiniz.
Hazırda sifarişlər üçün öncədən ödəniş tələb olunmur. Məhsul çatdırıldıqda ödəyə bilərsiniz.
Bakıda şəhəri daxili gün ərzində çatdırılır. Bölgələrə çatdırılma poçt xidməti vasitəsi ilə 2-3 iş günü ərzində mümkündür.
Çatdırılma haqqı bölgəyə görə dəyişir. Bəzi hallarda kampaniya zamanı çatdırılma pulsuz ola bilər.